Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi (VİDEO)
31
avq
2017
09:16
Xəbər verildiyi kimi, ötən gün stasionar postda bir sürücü yük avtomobilini polislərinin üzərinə sürüb. BAKU.WS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb və sürücü saxlanılıb. Məlum olub ki, “Mercedes” markalı yük avtomobilini idarə edən Laçın rayon sakini Novruzov Əlisultan Ələmşad oğludur. O, mal-qara daşıdığı həmin yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfində “saxla” işarəsi verilib, lakin sürücü polisin əmrinə tabe olmayaraq hərəkəti davam etdirib. DYP-nin stasionar postunda dayanan yol polislərini aldadaraq və onlardan birinin üzərinə avtomobili sürərək dayanmadan hərəkəti davam etdirib. Onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradıb, hətta polis avtomobilinin üzərinə sürüb. Lakin polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb. Məhkəmənin qərarı ilə sürücü Əlisultan Novruzov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıqda təqsirli bilinərək 15 gün inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda "Qazel" postda polisin üstünə sürdü, DYP maşınını yolda sıxdı (VİDEO)
"Qazel" markalı nəqliyyat vasitəsinin görüntüsü böyük marağa səbəb olub. BAKU.WS-in məlumatına görə, "Qazel" Bərdə postunda polislərin əmrinə tabe olmayıb. Pol...