İntihar etməyə cəhd etdi, psixoloji söhbətlə fikrindən daşındı

İntihar etməyə cəhd etdi, psixoloji söhbətlə fikrindən daşındı
Hadisə 186

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər