Bakıda intihara cəhd edən şəxs fikrindən daşındırıldı

08
okt
2020
19:29
Bakıda intihara cəhd hadisəsi olub.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Oxşar xəbərlər
Bakıda intihara cəhdin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dam...
