İntihar edən “İrşad Electronics”in rəhbərinin anası vəfat etdi
02
apr
2019
10:51
Sentyabrın 14-də intihar edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin anası Züleyxa Hacıyeva vəfat edib.BAKU.WS xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Züleyxa Hacıyeva martın 31-də dünyasını dəyişib.Onun yas mərasimi qadının yaşadığı Qədirli 3 ünvanında keçirilib.Qeyd edək ki, sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.“İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, - deyə məlumatda bildirilib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda 56 yaşlı kişi özünü doğrayaraq öldürdü
Bakıda intihar olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.Rayon sakini, 1962-ci il təvəllüdlü İbad Qubad...