İnterpol bu azərbaycanlını axtarır

14
noy
2017
22:49
İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haddında qərar çıxararaq, İnterpola təqdim edib.İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib.BAKU.WS

Oxşar xəbərlər
İnterpol bu azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluqda təqsirləndir...