Tanınmış meyxanaçı İNSULT KEÇİRDİ: Xəstəxanaya yerləşdirildi - VİDEO

Meyxanaçı Xəyyam Əhmədli insult keçirib.
BAKU.WS xəbər verir ki, "Elgizlə izlə" verilişinin çəkiliş heyəti meyxanaçının yerləşdirildiyi xəstəxanada olub.
Xəyyam bildirib ki, birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:
"Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Artıq 24 gündür. Həkimlər sağolsunlar, kömək etdilər".
Proqram zamanı aparıcı Elgiz Əkbər meyxanaçının insult keçirdiyini bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
"Elgizlə izlə"də evlənən 65 yaşlı qadın hamilədir - VİDEO
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında evlənən Qoçəli və Həqiqət cütlüyünün övladı dünyaya gələcək. BAKU.WS xəbər verir ki, bu barədə aparıcı E...
