“İnfiniti” aşıb - Ölən var

“İnfiniti” aşıb - Ölən var
Hadisə 196

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 9-da saat 1 radələrində rayonun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər