Nəsimi rayonunda avtomobil yanıb - ANBAAN GÖRÜNTÜ
Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində baş verən yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə maneəsiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Hadisənin görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəllüdlü Nuriyev İntiqam...