Nemət Pənahlı təcili hospitala yerləşdirildi
Hazırda həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı səhhətindəki problemlərlə bağlı martın 5-də hospitala köçürülüb. Partiya sədrinin ailəsi martın 6-da hospitalda onunla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə musavat.com-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib:
"Səhhəti hələ ki, babat idi. Açığı qəflətən hospitala köçürülməsinin səbəbini anlamıram. Nemətin səhhətinin ağır olması ilə bağlı dəfələrlə mətbuata məlumat vermişik, aidiyyatı orqanlara müraciət etmişik. Bununla bağlı da Neməti hospitala köçürə bilərlər. Özü ilə görüşdük və bir qədər söhbət etdik. Onun şəkəri və böyrəyi ilə bağlı ciddi narahatlığı var. Amma onun hospitala köçürüləcəyini bilmirdik. Ona görə də çox narahat olduq. Özü zəng edib, mənə məlumat verdi. Hospitala köçürülməsinin səbəbi ilə bağlı hələ ki, heç nə demirlər. Müayinədən sonra nəsə deyəcəklər. Saxlanıldığı həbsxana ilə bağlı Nemətin elə bir şikayəti olmadı. Şənbə-bazar günlərinə düşdüyünə görə Nemət hələ müayinə olunmayıb. Görüşümüz zamanı onu dedi ki, Qobustandakı cəzasının uzadılmasına əsas kimi apellyasiya qərarının iyun ayında verilməsi göstərilib. Açığı Nemətin təzədən 18 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacağına inanmıram. Fakt budur ki, Neməti Qobustanda saxladılar”.
Qeyd edək ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub. O, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS
Oxşar xəbərlər
MTRŞ "Hesabat"a qoyulan qadağanı aradan götürdü (RƏSMİ)
Bu gün Milli Televiziya və Radio Şurası ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirib. BAKU.WS məlumat verir ki, MTRŞ sədri...