Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi
Hadisə 1384

Ermənsitanın Sünik bölgəsində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, DAF markalı yük maşını ilə "Opel" markalı avtomobil toqquşub. Qəza zamanı içərisində hərbçilər olan avtomobildə sərnişinlərdən biri həlak olub.

Sisian xəstəxanasına çatdırılan 31 yaşlı Arsen Unanyan həkimlərin səyinə baxmayaraq ölüb. Arsen Unanyanın hərbi qulluqçu olduğu məlum olub.

Digər zərərçəkən hərbçi V.Xaçatryanın vəziyyəti isə sabitdir. O, Sisian xəstəxanasından hospitala aparılıb. Sisian-İrəvan magistralında baş verən yol-nəqliyyat hadisəsi avqustun 5-i gecə saatlarında baş verib.

Azad Əliyev 

BAKU.WS

Son xəbərlər