Ermənistan ordusu daha bir hərbçisini itirdi
Ermənistan ordusu növbəti dəfə itki verib.
BAKU.WS-in Erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu dəfə Ermənistan ordusuna məxsus yük maşınının aşması nəticəsində bir hərbçi ölüb, digər bir zabit isə yaralanıb. Qəza Koti kəndi yaxınlığında hərbi hissəyə gedən yolda baş verib. "ZİL-131” maşını yarğana yuvarlanıb. Nəticədə 50 yaşlı hərbçi Babken Saruxanyan hadisə yerində ölüb. 48 yaşlı zabit Artak Andreasyan isə hospitala yerləşdirilib.
Bununla da Ermənistan tərəfinin etiraf etdiyi itkilərinin sayı 55 hərbçiyə çatıb. Reallıqda isə Ermənistan ordusunun faktiki itkisi bu rəqəmi 2-3 dəfə üstələyir.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan ordusu 54 hərbçisini itirib
2015-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda 39 insident baş verib ki, bunun nəticəsində 54 erməni hərbi qulluqçusu ölüb. BAKU.WS-in məlumatına görə, bu mə...