Neftçalada avtomobil yanıb
10
sen
2022
22:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalada minik avtomobili yanıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Neftçala şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ədalət Qəhrəman oğlu idarə etdiyi “Daevo Nexia” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yanmağa başlayıb.
Yaxınlıqdakı adamların köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil yararsız hala düşüb.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...