Nazirliyinin balansında olan tikilidə yanğın olub
01
fev
2026
10:56
Şəkidə Səhiyyə Nazirliyinin balansında olan tikilidə yanğın olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində köməkçi tikilidə yanğın baş verib.
Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğının genişlənərək digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində tikilinin içərisində olan məişət tullantıları yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...