Naxçıvanda AĞIR QƏZA - Ata öldü, arvad-uşağı yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda ölümlə nəticələnən ağır yol qəzası olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri, "Koroğlu" dairəsində qeydə alınıb. 28 yaşlı İbrahimli Fərdi Azər oğlunun idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə 35 yaşlı Süleymanov Azər Abbas oğlunun idarə etdiyi "QAZ-3130" markal ıavtomobil toqquşub.
Nəticədə sürücü A. Sülemanov hadisə yerində ölüb, onun arvadı 35 yaşlı Münəvvər Tanrıverdiyeva, 10 yaşlı oğlu Abbas və hələ 1 yaşı tamam olmayan qızı Alisa müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Kişinin həyat yoldaşını avtomobillə vurub sonra bıçaqlamasının TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO
Goranboy rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub. Trend-in əldə etdiyi məlumata görə, hadisə uşağa görə baş verib. Belə ki, 1977-ci il təv...