Narkotiklə tutulan şəxs: "Sağ olsun polislər, imkan vermədilər çəkməyə" (VİDEO)
Gəncə şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xaliq Cəlalov şübhəli şəxs qismində saxlanılıb.
BAKU.WS Region TV-yə istinadən məlumat verir ki, onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan maruxana aşkarlanaraq götürülüb.
Əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayaraq ömrünün 20 ilini həpsdə keçirən Xaliq Cəlalov narkotik vasitələr öz istifadəsi üçün əldə etdiyini bildirib:
"Lənkərana gəzməyə getmişdim. Tanımadığım adamdan almışam. Yolun qırağında bitmişdi, yığdım ki, çəkim. Sağ olsun polis, imkan vermədi ki, düzəməlli çəkim.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadının 150 minlik cinayəti
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın ev...