Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:
"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".
*** 12:34
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, onlar qidadan zəhərləniblər.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Göyçayda kütləvi zəhərlənmə iddiası: Süfrədəki yemək sual doğurdu - VİDEO
Göyçayda kütləvi zəhərlənmə olduğu iddia edilir. Yas mərasimində iştirak edən 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. BAKU.WS xəbər verir ki,...