AQTA kütləvi zəhərlənmənin qidadan olduğunu təkzib etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi xəbər saytlarını qida zəhərlənmələri ilə bağlı təsdiq olunmamış məlumatlar yaymamağa çağırıb.
BAKU.WS xəbər verir ki, AQTA bir müddət əvvəl səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında ekspertiza rəyi olmadan “qida zəhərlənməsi” başlığı altında yanlış məlumatların yayıldığını və bununla bağlı xəbərdarlıq edildiyini xatırladıb.
Agentlik ötən həftə Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin guya qidadan zəhərlənməsinin də yanlış məlumat olduğunu açıqlayıb:
Həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapdı. Məlum olub ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət etmiş və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmayıb. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilib və stabil vəziyyətdə evə buraxılıblar”.
AQTA-dan bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir.
Qeyd edək ki, Qusarda bir ailənin 8 üzvünün qutabdan zəhərləndiyi ehtimal edilirdi.
Oxşar xəbərlər
AQTA sədri: BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb
Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir. BAKU.WS xəbər verir ki,...