“Qida zəhərlənmələrinin artması ilə bağlı deyilənlər yanlışdır” - Qoşqar Təhməzli
"Son zamanlar qida zəhərlənməsinin artması ilə bağlı deyilənlər yanlışdır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sadəcə həmin zəhərlənmələrin araşdırılması düzgün həyata keçirilmir:
"Araşdırmalar nəticəsində qoyulan diaqnozla bizim nəticələr arasında ciddi fərqlər olur. Azərbaycan dünya qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birindədir. 100 ballıq şkalada Azərbaycan mümkün 89 balı yığıb. Bu, ölkəyə idxal olunan və istifadə olunan məhsulların təhlükəsizlik göstəricisinin həddindən artıq yuxarı olmasıdır. İnsanların qidalanma gigiyenaları, qida ilə davranışı aşağı səviyyədədir".
Sədr qeyd edib ki, AQTA-nın fəaliyyətə başladığı gündən indiyədək 694 qida zəhərlənməsi faktı qeydə alınıb. Bu zəhərlənmələr nəticəsində 3 ölüm hadisəsi olub: "Avropada 710 milyon əhaliyə 1 il ərzində 23 milyon qida zəhərlənməsi düşür. Onlardan 5 mini dünyasını dəyişir”.
Oxşar xəbərlər
Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır - Agentlik sədrindən açıqlama - VİDEO
Gündəlik ən çox istifadə olunan qidalardan olan toyuq ətinin çəkisi bəzi hallarda heç də üzərində yazıldığı real çəkidə olmur. Bəzən işbazlar toyuğun nəmlik fai...