Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır - Agentlik sədrindən açıqlama - VİDEO

Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır - Agentlik sədrindən açıqlama - VİDEO
Video
Video 752
Gündəlik ən çox istifadə olunan qidalardan olan toyuq ətinin çəkisi bəzi hallarda heç də üzərində yazıldığı real çəkidə olmur. Bəzən işbazlar toyuğun nəmlik faizini artıraraq onun çəkisini süni şəkildə çoxaltmış olurlar. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının yoxlamları bunu deməyə əsas verir. Ümumilikdə isə qida zəncirinin bütün mərhələlərində aparılan yoxlamalar və nəzarət tədbirləri bu sahədəki neqativ halları azaldıb. Qida təhlükəsizliyi agentliyinin sədri ötən il ərzində görülən işləri açıqlayıb.Bəzi sahibkarlartoyuğun nəmlik fazini artırmaqla çəkisini süni şəkildə dəfələrlə çoxaltmış olurlar.Bunu qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarina həsr olunan mətbuat konfransinda deyib. Qoşqar Təhməzlinin sözlərinə görə,vətəndaşların aldadılmasının qarşısını almaq üçün hazirda agentlik bu sahəyə ciddi nəzarət edir .Qoşqar Təhməzli onu da bildirdi ki,ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində 148 yoxlama keçirilib və 117 protokol tərtib edilməklə 105 min manata yaxın məbləğdə cərimə sanksiyası tətbiq edilib. Ümumilikdə 187 nəfər qida zəhərlənməsinə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, bunun da nəticəsində 1 nəfər dünyasını dəyişib. Qoşqar Təhməzlinin sözlərinə görə, restoran və şadlıq evlərində sanitar gigiyenik normaların pozulması xəstəliklərin artmasına səbəb olur.Qida təhlükəsizliyi agentliyinin sədri onuda diqqətə çatdırdı ki, ötən ilin iyul-dekabr ayları ərzində 2000 kiloqram konserv, 2300 kiloqram bitki mənşəli qida məhsulu, 3098 kq süd məhsulu, 3620 litr spirtli içki, 31 ton üzüm qurusu, 64 ton günəbaxan tumu, 1500 ton taxıl məhsulu barədə zərərsizləşdirmə qərarı verilib. Qoşqar Təhməzli energetik içkilərlə bağlı vətəndaşları bir daha diqqətli olmağa çağırıb.Qoşqar Təhməzli onu da bildirdi ki, qida zəncirinin bütün mərhələləri üzrə agentlik nəzarət tədbirlərini davam etdirəcək.BAKU.WS

Son xəbərlər