Qida Təhlükəsizliyi Agentliyinin vətəndaşlara MÜRACİƏTİ - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin vətəndaşlara MÜRACİƏTİ - VİDEO
Video
Sosial 1389
Qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx hazırlanıb.BAKU.WS xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətindən verilən məlumata görə, 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.Agentlik vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi anlayışı barədə məlumatlandırılması məqsədi ilə videoçarx təqdim edib."Ümumdünya Qida Günü" 1945-ci ilin 16 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən təsis olunub.Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün "Ümumdünya Qida Günü"nün şüarını "Sıfır aclıq" ("Zero Hunger") olaraq təyin edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirməklə 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər