Göyçayda kütləvi zəhərlənmə iddiası: Süfrədəki yemək sual doğurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda kütləvi zəhərlənmə olduğu iddia edilir. Yas mərasimində iştirak edən 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
BAKU.WS xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kəndində qeydə alınıb.
Kənd sakini Azər Quliyevin anasının yas mərasiminə yığışan sakinlərdən ikisinin səhhətində narahatlıq hiss olunub. Zəhərlənmə şübhəsi ilə ikisi azyaşlı, üçü yeniyetmə, doqquzu ortayaşlı olmaqla, ümumilikdə 14 nəfər xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstələr ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Məclisdə Hacıağabəyli və Çərəkə kəndlərindən olan bir neçə sakin iştirak edib. İlkin ehtimala görə, zəhərlənmənin süfrədə olan qidalardan baş verdiyi ehtimal olunsa da, bu hal eyni təamlardan qidalanan digər məclis iştirakçılarında baş verməyib.
Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şəxslərdən analizlər götürülərək aidiyyəti qurumlara göndərilib və nəticələrin tezliklə bəlli olacağı bildirilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Göyçayda yas mərasimində zəhərlənən şəxslərin adları məlum oldu - YENİLƏNİB
Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, axşam saatlarında zəhərlənən şəxslər Göyçay Ra...