Moskvadan Bakıya uçan təyyarə təcili eniş etdi
02
noy
2019
15:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib. Ren.tv xəbər verir ki, buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib. Hava gəmisi “Azərbaycan Hava Yolları”na aid olub. AZAL-dan Oxu.Az-a məlumatı təsdiqləyiblər. Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb.
Oxşar xəbərlər
Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib
Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının...