Bakıdan Dubaya uçan təyyarədə yanğın təhlükəsi - təcili eniş etdi
27
iyl
2019
09:25
“Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.
Oxşar xəbərlər
ABŞ-da təyyarədə yanğın oldu, təcili eniş etdi - FOTOLAR
ABŞ-ın Nyu-York şəhərindən İngiltərənin paytaxtı Londona uçan təyarədə yanğın çıxıb.BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Virgin Atlantik Hava Yollarına məxs...