Lənkərana təcili eniş edən təyyarə Naxçıvana uçub (YENİLƏNİB)

Lənkərana təcili eniş edən təyyarə Naxçıvana uçub (YENİLƏNİB)
Hadisə 1280
Bu gün Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, lakin Lənkərana məcburi eniş etmiş təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidmətindən bildirilib.16:50AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib. Bununla bağlı AZAL-ın “Facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib.Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib. Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

Oxşar xəbərlər

İstanbul - Bakı təyyarəsi quşla toqquşdu

İstanbul - Bakı təyyarəsi quşla toqquşdu

Quşla toqquşan AZAL təyyarəsi hava limanına qayıdıb.BAKU.WS-in məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir:"AZAL-ın J2-0...

3421 Hadisə 11:14 03 iyun 2018

Son xəbərlər