Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib

Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib
Hadisə 623
Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib. O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub. E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər