Bakı-Moskva təyyarəsi təcili eniş edib
31
avq
2019
11:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Volqoqrad hava limanında 3 təyyarə təcili eniş edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən Moskva vaxtı ilə saat 22:00-da Krasnoyarsk-Simferopol aviareysi üzrə uçan təyyarə sərnişinin özünü pis etdiyinə görə təcili eniş edib. Sərnişin regional xəstəxanaya yerləşdirilib.Qroznıdan Moskvaya uçan ikinci təyyarə hidravlik mayenin düşməsi ilə əlaqədar Moskva vaxtı ilə 01:18-də Volqoqrad aeroportuna təcili eniş istəyib.Bakı-Moskva reysi ilə hərəkətdə olan təyyarə isə Volqoqradda təcili eniş edib. Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib:"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanından bildirilib.Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur:"Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil".
Oxşar xəbərlər
Türkiyədən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib
"Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib.BAKU.WS-in məlumatına görə, təcili enişə səbəb sə...