Moskvada son 100 ilin ən sərt qışı (VİDEO)
06
fev
2018
16:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskva son 100 ilin ən sərt qışı ilə mübarizə aparır. BAKU.WS-in məlumatına görə, şənbə və bazar günləri qarın qalınlığı 45 santimetrə qədər yüksəlib. Mövzuyla əlaqədar olaraq Moskva merinin müavini Petr Biryukov açıqlama verib. O bildirib ki, əsas yollar təmizlənib və nəqliyyatın hərəkəti təmin edilib. Son 24 saatda 1,2 milyon kubmetr qarın küçələrdən təmizləndiyini ifadə edən Biryukov qar təmizləmə işlərinin günboyu davam etdiyini sözlərinə əlavə edib. Fövqəladə hava şəraiti səbəbiylə şəhərdə yerləşən bütün məktəblərdə bir günlük tətil elan edilib. Qeyd edək ki, meteoroloqlar belə qarın yağmasının hər 100 ildən bir baş verdiyini söyləyir. ŞahinBAKU.WS






Oxşar xəbərlər
Şamaxıya qar yağdı (FOTO)
Yanvarın 10-da gecə saatlarından başlayaraq Şamaxıya qar yağır. Müvafiq strukturlar gücləndirilmiş iş rejiminə keçib. Yolların qardan təmizlənməsinə lazımi qədə...