Mirşahin həbs edilmiş qardaşından danışdı:"Ciddi cəzasını çəkməlidir"
"Əgər mənim qardaşım həqiqətən də cinayət işlədibsə, qanun çərçivəsində ciddi cəzasını çəkməlidir. Bizim qohumluq əlaqələrimizin bu məsələyə heç bir aidiyyatı yoxdur”!
BAKU.WS xəbər verir ki, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayev qardaşının həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.
Əməkdar jurnalist haqqın.az-a açıqlamasında, hər kəsin Azərbaycan qanunları qarşısında bərabər olduğunu deyib və həbs edilmiş qardaşı üçün heç kimdən heç nə xahiş etmək fikrində olmadığını qeyd edib.
Məlumata görə, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Qeyd edək ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.
BAKU.WS
Oxşar xəbərlər
Mirşahinin qardaşı həbs edildi - Məhkəmə qərarı
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub. BakiPost.az xəbər verir ki, Mirəddi...