Azərbaycanda tanınmış idmançı həbs edilib
01
dek
2016
08:58
"Pro-Ring” peşəkar klubunun prezidenti Rövşən Heybətov saxlanılıb.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.
Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.
BAKU.WS
Oxşar xəbərlər
"Qara polkovnik"in oğlu azadlığa çıxdı
"Azərbaycan Beynəlxalq Bankı" ASC-in işi üzrə həbs olunan 3 nəfər barəsində həbs-qətimkan tədbiri dəyişidirilib. BAKU.WS bildirir ki, vəkil Kamandar Nəsibovun...