"Qara polkovnik"in oğlu azadlığa çıxdı
"Azərbaycan Beynəlxalq Bankı" ASC-in işi üzrə həbs olunan 3 nəfər barəsində həbs-qətimkan tədbiri dəyişidirilib.
BAKU.WS bildirir ki, vəkil Kamandar Nəsibovun lent.az-a verdiyi məlumatına görə, bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev azadlığa çıxıblar. Nərimanov Rayon Məhkəməsində həmin şəxslər barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib, onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Azadlığa çıxan şəxslərin istintaqı isə bir müddət də uzadıla bilər. Vəkilin sözlərinə görə, bu cür praktika Azərbaycanda yeni sayıla bilər.
Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.
"Riyad-Farm"ın icraçı direktoru A.Quliyev və Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri M.Mehdiyev də CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS
Oxşar xəbərlər
Banka 50 milyon dollar borcu olan iş adamının həbs müddəti artırıldı
"Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs q...