Miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi

Miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi
Hadisə 824
 

Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqdan Bakıya uçan təyyarə reysi ləngiyib.

BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, buna səbəb isə Pulkova hava limanında miqrantlarla bağlı yaranan problem olub. Söhbət Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantlardan gedir.

Bakı təyyarəsi nəzərədə tutulan vaxtdan bir saat gec uçmalı olub. 

Sərnişinlərin sözlərinə görə, Azərbaycan hava Yollarına məxsus təyyarə saat 22:55-də (Rusiya vaxtı ilə) havaya qalxmalı idi. Lakin miqrantların yola salınması ilə bağlı bürokratik əngəllər reysi gecikdirib.

Miqrantları Cəzaların İcrası Federal Xidmətinin əməkdaşlar müşayiət ediblər. Onlar biletlərin alınması və minqrantları birbaşa təyyarəyə kimi yola salmağa məsuldurlar. "Bu proses isə bir saata yaxın davam edib. Bu zaman digər sərnişinlər təyyarədə oturublar". 

Nəticədə AZAL-a məxsus А-319 təyyarəsi gecikmə ilə havaya qalxıb. 

BAKU.WS

Oxşar xəbərlər

Partlayan təyyarənin yeganə sağ qalmış azərbaycanlı sərnişini danışdı (VİDEO)

Partlayan təyyarənin yeganə sağ qalmış azərbaycanlı sərnişini danışdı (VİDEO)

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzası zaman qadın möcüzə nəticəsində sağ qalıb. BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, Elvira İsayeva...

4241 Hadisə 10:57 20 mart 2016

Son xəbərlər