Moskva təyyarəsində həyəcan
Moskva-Banqkok aviareysində terror həyəcanı yaşanıb. BAKU.WS-in məlumatına görə, Moskvaya yola düşməyə hazırlaşan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yenidən eniş edib. Təyyarədə olan sərnişinlər dərhal düşürdülüb və bir-bir yoxlamalara başlanıb. Təyyarədə olan 400 nəfər və onların yükləri yenidən yoxlamalardan keçib. Səbəb kimi isə təyarə nəzarətçilərindən biri rəhbərliyə təyyarədəki sərnişinlərdən bir neçəsinin türk dilində danışması ilə bağlı xəbər verməsi olub. Nəzarətçi ehtimal edib ki, türk dilində danışan insanlar terrorçudurlar və təyyarə havada olan zaman partladacaqlar.
Təyyarə 9 saat ərzində yoxlanılıb. Heç bir şübhəli olmadığı üçün təyyarə yenidən havaya qaldırılıb.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə təyyarəsində bomba həyəcanı
Nyu-Yorkdan Ankaraya uçan "Türk Hava Yollarına" (THY) məxsus təyyarə Kanadanın "Halifaks” hava limanında təcili eniş edib. BAKU.WS-in ANS PRESS-ə istinadla ve...