Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə yaradırlar
Mingəçevirdə sahibsiz itlər son günlər sakinlər üçün ciddi təhlükə yaradırlar.
Küçə itlərinin uşaqlara hücum etdiyi, 17 saylı məktəbin həyətini özlərinə məskən seçdiyi bildirilir.
"İt 2-ci sinifdə oxuyan nəvəmə hücum edib. Xəstəxanaya aparıb bir neçə iynə vurdurmuşuq. İtlər uşaqları dişləməsələr belə, onlarda yaranan qorxu kifayətdir", - deyə sakin Bəsti Osmanova narazılıq bildirib.
"Məktəbə gediş-gəliş çətinləşib. İtlər artıq nə böyüyə baxırlar, nə də kiçiyə. Keçən dəfə mənə də hücum ediblər. Sahibsiz itlərlə bağlı tədbir görülməsini xahiş edirik. Gərək kiminsə balası bədbəxt ola?!" - deyə başqa bir sakin gileylənib.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Qırmızı işıqda yolayrıcına girən skuterçiləri MAŞIN VURDU - ANBAAN VİDEO
Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlu...