Komaya düşən Sevda Məmmədzadənin qızı: "Artıq orqanları iflas edir"
Komaya düşən Əməkdar artist Sevda Məmmədzadənin son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, diktorun qızı Gültən Ramazanova nocomment.az-a açıqlamasında bildirib ki, anasının vəziyyəti ağırdır.
Onun sözlərinə görə, Sevda Məmmədzadə üç gün əvvəl süni tənəffüs aparatına qoşulub:
"Sevda xanımın vəziyyəti kritik olaraq qalır. Aparatlara qoşulmuş haldadır hazırda. Bu gün saat 15-dən sonra verilən analizlərin cavabları çıxacaq. Artıq orqanları iflas edir. Yenə də Allahdan ümid kəsilməz. Həkimlər də əllərindən gələni edirlər ki, Sevda Məmmədzadə həyatda qalsın."
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
Oxşar xəbərlər
FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb
Azərbaycanda ötən həftə 3 nəfərin meyiti tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin ötən həftəki xronikasında qeyd edilib. Ötən hə...