Mingəçevirdə dispanserdə dava düşdü - tibb bacısı həmkarını döydü

Mingəçevirdə dispanserdə dava düşdü - tibb bacısı həmkarını döydü
Hadisə 1356
 

Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.

Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər