"Мi-8" helikopteri məcburi eniş edib, xəsarət alan yoxdur

Мi-8 helikopteri məcburi eniş edib, xəsarət alan yoxdur
Hadisə 1299

Mayın 27-də "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

BAKU.WS xəbər verir ki, Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada

Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlinesn) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə b...

3747 Hadisə 13:15 13 noyabr 2016

Son xəbərlər