Məşhur müğənninin qardaşı ağır avtomobil qəzası keçirdi
09
apr
2025
10:51
Müğənni Deniz Sekinin qardaşı ağır avtomobil qəzası keçirib.
BAKU.WS xəbər verir ki, Bodrumda yaşayan Serkan Seki, ağır yaralanıb. Bu barədə sənətçi özü bildirib.
O qardaşının ağır yaralandığını lakin kritik vəziyyəti artıq geridə qoyduğunu bildirib.
"O, ağır qəzadan sonra həyati təhlükəsi var idi. Hazırda xəstəxanada müalicə alır. Şükürlər olsun ki, həkimlərimizin səyləri ilə ən kritik mərhələni keçdik. Bu çətin dövrdə dualarını, dəstəyini və sevgilərini əsirgəməyən hər kəsə təşəkkür edirəm" - deyə Seki qeyd edib.
Oxşar xəbərlər
Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur"
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe komanda yoldaşı Usman Dembele ilə arasında gərginlik olması barədə yayılan xəbərlərə münasibət bild...