Məşhur reper Paster həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin (Paster) saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib.
Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Oxşar xəbərlər
Avtobus sürücüləri və sərnişinləri hədələyən şəxs həbs edilib
İctimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib.Daxili İşlər Nazirliy...