Göygöldə itkin düşdüyü deyilən rusiyalı alimə niyə sutka həbs verilib?
15
yan
2018
17:51
Rusiyalı alimin Azərbaycanda saxlanılmasının detalları məlum olub.BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Rusiya vətəndaşı olan Dmitri Çulkovun Azərbaycanda üzləşdiyi xoşagəlməz hal onun birbaşa özünün törətmiş olduğu xətanın nəticəsi olub.Belə ki, cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub və həmin ərazidə yerləşən hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkovo polisin də qanuni tələbinə məhəl qoymayıb.Nəticədə hüquq-mühafizə orqanları müəyyən araşdırma apardıqdan sonra Dmitri Çulkov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən 10 sutka inzibati həbs qərarı çıxarıb. Dmitri Çulkov səhvini başa düşdüyünü bildirib, hətta üzrxahlıq da edib.Bu gün Dmitri Çulkov barəsində seçilmiş həbs qərarının müddəti başa çatır. O, ölkəsinə yola salınacaq.Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də itkin düşməsi barədə məlumat yayıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda rus alim yoxa çıxıb - Rusiyadan şok iddia
Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.BAKU.WS yenicag.az-a istinadən...