Azərbaycanda rus alim yoxa çıxıb - Rusiyadan şok iddia

Azərbaycanda rus alim yoxa çıxıb - Rusiyadan şok iddia
Hadisə 1832
Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatına Çulkovun tanışları və işlədiyi institutun əməkdaşları məlumat veriblər.Məlumata əsasən, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki şəxsi mehmanxanalardan birində yerləşib. Mehmanxana sahibinin sözlərinə görə, alim yanvarın 5-də Göygölə yola düşüb. Çulkov mehmanxana sahibinin məsləhətinə qulaq asmayaraq, Göygölə taksi ilə yox, piyada yollanıb.İddiaya görə, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib. Çünki az sonra təhlükəsizlik xidmətinin əməkdaşları mehmanxanaya gəlib, Çulkovun otağında axtarış apararaq, ona məxsus əşyaları özləri ilə aparıblar.Tanışları onu da iddia ediblər ki, yanvarın 9-da mehmanxana sahibi ilə əlaqə saxlayan hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib. O, həmçinin internetə də çıxmayıb və anasının davamlı zənglərinə cavab verməyib.Rusiya mediasına danışan mənbə bildirib ki, Çulkov Azərbaycana gedərkən, bir həftəyə geri qayıdacağını deyib. Ancaq Azərbaycana getdikdən 2 gün sonra onunla əlaqə kəsilib.Qeyd olunur ki, Çulkovun yanvarın 10-na təyyarə bileti olsa da, o, həmin gün uçuş qeydiyyatından keçməyib. Hazırda alimin yaxınları və həmkarları onun axtarışı ilə məşğuldurlar.BAKU.WS

Oxşar xəbərlər

Yeni ildə Azərbaycana daha çox kimlər gələcək?

Yeni ildə Azərbaycana daha çox kimlər gələcək?

Bu il Azərbaycana Yeni il günlərində ərəb ölkələri və keçmiş sovet ölkələrindən daha çox turist gələcək.BAKU.WS-in bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasın...

2203 Sosial 23:03 20 dekabr 2017

Son xəbərlər