Yeni ildə Azərbaycana daha çox kimlər gələcək?
20
dek
2017
23:03
Bu il Azərbaycana Yeni il günlərində ərəb ölkələri və keçmiş sovet ölkələrindən daha çox turist gələcək.BAKU.WS-in bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu il Yeni illə əlaqədar Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan gələn turistlərin sayı çoxdur:"Ukraynadan gələn turistlərin sayı son zamanlar artıma doğru dəyişirdi. Amma bu il bu sayda ciddi irəliləyiş var".N.Bağırov əlavə edib ki, ötən ilki Yeni illə müqayisədə bu il Rusiya, Qazaxıstan və Ukraynadan gələcək turistlərin sayı ən azı 15-20 faiz artıb.Assosiasiya sədri qeyd edib ki, ölkəmizə gələcək turistlər dincəlmək üçün daha çox Qəbələ, Qusar bölgəsinə üstünlük verəcəklər.N.Bağırov qeyd edib ki, xarici turistlər Yeni il bayramı günlərində ən azı 4 gecə qalmağı planlaşdırırlar.Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 276 604 xarici vətəndaş gəlib. Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutub.Bu ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727577, Gürcüstandan 439 305, İrandan isə 320 904 xarici vətəndaş gəlib.Qeyd edilən müddətdə Azərbaycana Birləşmiş Ərəb Əmirliyindən 81 742, İraqdan 54 242, Ukraynadan 49 449, Səudiyyə Ərəbistanından 31821 xarici vətəndaş səyahət edib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana gələn hər üç turistdən biri rusiyalıdır
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 730 000 rusiyalı turist səfər edib.BAKU.WS Trend-ə istinadən məlumat verir ki, bu barədə Rusiyanın Turizm Oper...