Bakıda DYP əməkdaşı ilə dalaşan sürücü həbs edildi - SON DƏQİQƏ (VİDEO)
18
may
2018
11:34
Bakıda YPX əməkdaşları ilə mübahisə edən və polisin qanuni tələblərinə tabe olmayan sürücü həbs edilib. BAKU.WS-in məlumatına görə, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, "Hyundai Elantra" markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib. Abbas BAKU.WS
Oxşar xəbərlər
DİQQƏT! Yol polisini kameraya çəkən sürücülər həbs olunacaq (RƏSMİ)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların video...