Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var

14
yan
2019
12:05
"Bazarstore"a basqın olub.
BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından “open.az”a verilən məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.Qəsəbə ərazisində yerləşən "Bazarstore" mağazasına daxil olan əli silahlı, maskalı şəxs kassiri ölümlə hədələyərək ondan pul tələb edib.Bu zaman mağazanın müdir müavini Famil Babayev və mühafizəçilər maskalı şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyiblər.Maskalı şəxs F. Babayevin başına tapançanın arxası ilə vuraraq xəsarət yetirib və hadisə yerindən qaçıb.Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb.Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qohumu 76 yaşlı qadını döyüb evini yardı: "Başına-başına vurdum" (VİDEO)
Bakıda yaşlı qadına qarşı cinayət törədilib. İki maskalı şəxs evə basqın edərək onu əvvəlcə döyüb sonra isə qızıl boyunbağısını götürüblər. Onlar bahalı qızılı...