Bakıda evə maskalı basqın olub

Bakıda evə maskalı basqın olub
Hadisə 2590
Bakıda evə maskalı şəxslər tərəfindən basqın edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.Faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər