Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar
Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.
İ.Vasin xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda çürümüş kişi meyiti tapılıb
Bakıda çürümüş kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 19-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisin...