Abşeronda qadını evində qarət edən şəxslər saxlanılıb
08
mar
2018
13:45
Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K. Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb.Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Ceyranbatanda evə basqın edərək ana və qızına xəsarət yetirən şəxslər saxlanıldı
Martın 2-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində evə silahlı basqın edən şəxslərin kimliyi bəlli olub."Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumat...