Nəvənin nənəni öldürməsinin səbəbi bilindi: Tamah məqsədilə öldürüb

Nəvənin nənəni öldürməsinin səbəbi bilindi: Tamah məqsədilə öldürüb
Hadisə 859
Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.Nicat Muradov öldürülən qadının nəvəsidir.BAKU.WS

Oxşar xəbərlər

DİN Goranboydakı qətllə bağlı məlumat yaydı

DİN Goranboydakı qətllə bağlı məlumat yaydı

Yanvarın 4-də Goranboy rayonu ərazisində bir nəfəri qətlə yetirməkdə, dörd nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq...

1156 Hadisə 16:53 06 yanvar 2018

Son xəbərlər