Masallıda TƏHLÜKƏLİ vəziyyət - Dərin yarğanlar əmələ gəlib

Masallıda TƏHLÜKƏLİ vəziyyət - Dərin yarğanlar əmələ gəlib
Hadisə 1258

  

Son günlər davam edən qeyri-sabit hava şəraiti Masallıda yenidən torpaq sürüşmələrinə yol açıb. 

BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, torpaq sürüşmələri, əsasən, rayonun Güllütəpə və Zuvand kəndlərində müşahidə olunmaqdadır. Bu yaşayış məntəqələrinin ərazisindəki əkin sahələrində qeydə alınan torpaq sürüşmələri yerli sakinlər üçün təhlükəyə çevrilib. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib. Bu səbəbdən həmin ərazilərdə sakinlər əkin apara bilmirlər.

Burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb. Sakinlərin sözlərinə görə, onlar mal-heyvanlarını örüşə buraxa bilmirlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Əlövsət Muradovun verdiyi məlumata görə, kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəlib. Yağıntı düşən kimi sürüşmə aktivləşir. Nümayəndə bildirib ki, rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində isə torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. Burada yaşayış olmayan bir evin divarlarında çatlar əmələ gəlib, digər evlər üçün isə hələlik təhlükə gözlənilmir.

Qeyd edək ki, Masallı rayonunun sözügedən yaşayış məntəqələrində 2008-ci ildə də torpaq sürüşmələri faktı qeydə alınıb.

İlyas Quliyev

BAKU.WS

Oxşar xəbərlər

Bakıda məktəbin həyətində uçqun oldu (FOTO)

Bakıda məktəbin həyətində uçqun oldu (FOTO)

Bakı şəhəri R. İmanov adına 205 saylı tam orta məktəbin həyətində torpaq uçqunu baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfi...

1165 Hadisə 17:32 10 noyabr 2016

Son xəbərlər