İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb

İsmayıllıda sürüşmə zonasından sakinlərin köçürülməsinə başlanılıb
Hadisə 1030

 

"İsmayıllı rayonunda torpaq sürüşməsi səbəbindən artıq bir ailə yaşadığı evindən təxliyyə edilib".

Bunu "Report"un Şirvan bürosuna rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev bildirib. 

R.Ağayev qeyd edib ki, İsmayıllı rayonunda sürüşmə zonasında sakinlərin köçürülməsinə başlanılıb: "İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükə daha da artıb. Rayonun Sədiyan kənd sakini Ağalı Əliyev 6 nəfərdən ibarət ailəsi ilə birlikdə evindən təxliyyə edilib, daha üç ailəyə xəbərdarlıq edilib. Ümumilikdə sakinlərə bildirmişik ki, əgər sürüşmənin ərazisi genişlənərsə dərhal evlərini boşaltsınlar və müvəqqəti olaraq qohumlarının evində məskunlaşsınlar".

Qeyd edək ki, sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 və eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib. 

BAKU.WS

Oxşar xəbərlər

İsmayıllıda sürüşmə aktivləşdi: sakinlər təxliyə edilir (FOTO/VİDEO)

İsmayıllıda sürüşmə aktivləşdi: sakinlər təxliyə edilir (FOTO/VİDEO)

İsmayıllının Sədiyan kəndində baş verən torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranıb. BAKU.WS ARB Şəki-yə istinadən xəbər verir ki, 1 həftədir başla...

1274 Video 16:43 24 oktyabr 2016

Son xəbərlər