Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO

Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO
Hadisə 1368
Masallı rayonunda zəncirvari yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb. Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Ağır qəzada DSX əməkdaşının azyaşlı qızı öldü

Ağır qəzada DSX əməkdaşının azyaşlı qızı öldü

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində baş...

8183 Hadisə 11:25 11 oktyabr 2018

Son xəbərlər